Omar Marmuş “Liverpul” klubuna transfer olacaq
“Ayntraxt”ın misirli futbolçusu Omar Marmuş İngiltərə nəhəngi “Liverpul”un transfer hədəfinə çevrilib.
Sportline.az “GiveMeSport” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” klubu mövsümün sonunda Omar Marmuş üçün “Ayntraxt”a 40 milyon avro ödəməyə hazırdır.
“Liverpul” klubu Omar Marmuşun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, O.Marmuşun “Ayntraxt”la müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 14 qol və 10 asistlə yadda qalıb.