Onlar "LiverpuL"da qalır
"Liverpul" komandanın liderlərindən olan 3 futbolçusu ilə müqaviləni uzadacaq.
Sportline.az "The Times"ə istinadən xəbər verir ki, bunlar qapıçı Alisson Bekker, müdafiəçi Vircil Van Deyk və yarımmüdafiəçi Fabinyodur. Hər üç oyunçunun yeni müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Alissonun "Liverpul"la hazırkı sözləşməsi 2024, Van Deyk və Fabinyonun müqaviləsi isə 2023-cü ilə qədərdir.