Orkun Kökçü karyerasını “Dumanlı Albion”da davam etdirə bilər
“Benfika”nın türkiyəli futbolçusu Orkun Kökçü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az “CaughtOffside” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Liverpul” klubları Orkun üçün yanvar ayında rəsmi təklif göndərməyi planlaşdırır.
“Benfika” klubunun rəhbərliyi Orkun Kökçü üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Orkun Kökçünün “Benfika” klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.