Osimhen "Qalatasaray"la anlaşıb

"Qalatasaray" nigeryalı forvard Viktor Osimhenlə razılıq əldə edib.

Sportline.az xəbər verir ki, İstanbul klubu 26 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib. Osimhen bu təklifə müsbət cavab verib.

Bu haqda insayder Yağız Sabuncuoğlu "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Osimhen üçün "Napoli" klubu 65 milyon avro tələb edir.

O, ötən mövsüm meydana çıxdığı 41 matçda 37 qol 7 məhsuldar ötürmə müəllifi olub.