Osimhenə daha bir "elçi çıxdı"
“Tottenhem” klubu gələn mövsümün planlarını cızmaqdadır.
Sportline.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, “Tottenhem” Harri Keynin klubdan ayrılacağı halda “Juventus”dan Duşan Vlahoviç və ya “Napoli”dən Viktor Osimheni transfer edə bilər.
Qeyd edək ki, “Çelsi” və “Mançester Yunayted” Harri Keynlə ciddi şəkildə maraqlanır.