Ousman Diomande karyerasını “Dumanlı Albionda” davam etdirə bilər

“Sportinq”in 20 yaşlı futbolçusu Ousman Diomande mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Record” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” və “Çelsi” klubları afrikalı futbolçunun xidmətində maraqlıdır.

“Sportinq” rəhbərliyi O.Diomande üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Ousman Diomande “Sportinq”də çıxış etdiyi 69 matçda 4 qol və 1 asistlə yadda qalıb.