Oyunlara çıxmadan reytinqdə irəliləyən milli
Futbol üzrə Rusiya milli komandası son aylarda heç bir rəsmi oyun keçirmədən FIFA reytinqində 1 pillə irəliləyib.
Sportline.az xəbər verir ki, buna Misir yığmasının ardıcıl məğlubiyyətləri səbəb olub. Sözügedən komandanın 8 pillə geriləməsi Valeri Karpinin baş məşqçi olduğu kollektivin 1493 xalla 34-cü sıraya yüksəlməsi ilə nəticələnib.
Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmaları və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan millisi FIFA-nın son reytinqdə 1127 xalla 128-ci sırada qərarlaşıb.