Oyunun hakimlərindən Tofiq Bəhramova ehtiram
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın "Lex"lə Bakıdakı cavab oyunundan sonra maraqlı anlar yaşanıb.
Sportline.az xəbər verir ki, görüşü idarə edən ingiltərəli hakimlər - Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper təqdirəlayiq addım atıblar. Onlar Tofiq Bəhramovun abidəsini ziyarət ediblər.
Xatırladaq ki, Tofiq Bəhramov 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçından sonra daha məşhurlaşıb. Həmin oyunda hesab 2:2 olarkən - əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub. Bu matçdan sonra Tofiq Bəhramov ingilislərin qəlbində xüsusi yer tutub.