Ozancan Kökcü Azərbaycan millisindən imtina etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin şərəfini qoruyan Ozancan Kökcü Azərbaycan millisindən imtina edib. SportLine.az xəbər verir ki, "Bursaspor"un futbolçusu bu barədə sosial şəbəkə hesabında yazıb:

"Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və qərar verməyə məcbur oldum. 

Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. 

Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisində oynamaqdan imtina edirəm. 

Mənim əvəzimə oynayan qardaşlarıma uğurlar arzu edirəm. Qəlbim sizinlədir!"