Özbək boksçu dünya çempionluğu uğrunda döyüşəcək
Yarımyüngül çəkili peşəkar boksçu Otobek Xolmatov WBA versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşə hazırlaşır.
Sportline.az xəbər verir ki, onun rəqibi amerikalı Reymond Ford olacaq.
BoksingScene-nin yaydığı məlumatda döyüşün martın 3-də olacağı bildirilir.
Qeyd edək ki, 25 yaşlı Otobek Xolmatov peşəkar rinqdə keçirdiyi 11 döyüşün 10-da nokautla qələbə çalıb.
Reymond Fordun aktivində isə 14 döyüş var. O, həmin görüşlərin 7-də nokautla qalib gəlib.