Palmer bir arada oynamaq istədiyi "Çelsi" əfsanəsinin adını çəkib

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer klubun hansı əfsanəsi ilə oynamaq istədiyi barədə fikirlərini bildirib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 22 yaşlı futbolçu açıqlamasında bildirib ki, " Əgər mənim bir "Çelsi" əfsanəsi ilə bir yerdə oynamaq şansım olsa idi sözsüz ki, Eden Azarı seçərdim. Oyunumuz fərqlidir, amma mən də Azar kimi azarkeşləri həyəcanlandırmaq istəyirəm".

Xatırladaq ki, Azar 2023-cü ildə karyerasını bitirib. Belçikalı futbolçu 2012-2019-cu illərdə "Çelsi"də çıxış edib. London klubunun tərkibində o, 2015 və 2017-ci illərdə İngiltərə çempionu, 2013 və 2019-cu illərdə Avropa Liqasının qalibi, 2018-ci ildə isə İngiltərə Kubokunun qalibi olub.