Palmer "kral" olmağa hazırlaşır

"Çelsi"nin ingiltərəli futbolçusu Koul Palmer karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" klubu Palmer üçün "Çelsi" ilə danışıqlara başlayıb. London klubunun rəhbərliyi Palmer üçün 120 milyon avro tələb edir.

İspaniya klubunun rəsmiləri Palmerin meneceri ilə əlaqə saxlayıb. Palmer "Real"da oynamağa müsbət yanaşır. 

"Real Madrid" prezidenti Florentino Perez Palmerin klub üçün önəmli fiqur olacağına inanır.

22 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2033-cü ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Palmer cari mövsüm çıxış etdiyi 17 matçda 11 qol və 6 asistlə yadda qalıb.