"Panatinaikos"da yeni baş məşqçinin adına aydınlıq gəlib

Bu gün Fatih Terimllə yollarını ayıran "Panatinaikos"un baş məşqçi postuna yeni təyinat gerçəkləşib.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bundan sonra baş məşqçi vəzifəsini Krixtos Kontis icra edəcək.

49 yaşlı yunanıstanlı çalışdırıcı "Volos" klubundan məşqçilər korpusuna cəlb olunub.

Kontis buna qədər isə Birləşmiş Ərəb Əmirlikləri klubu "Hatta"ya rəhbərlik edib.

Qeyd edək ki, bu mövsüm Yunanıstan Super Liqasında "Volos"la 11 oyuna çıxan Kontis bu matçlarda 6 qələbə, 2 heç heçə, 3 məğlubiyyət yaşayıb.