Paracüdo üzrə Azərbaycan millisi dünya çempionu oldu

Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, yığmamız finalda Türkiyə kollektivi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 4:2 hesabı ilə üstələyib. Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.