“Paris Sen-Jermen” – “Mançester Siti”: Düşərgələrdəki son durum
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.
Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçı “Paris Sen-Jermen”lə “Mançester Siti” komandaları arasında olacaq.
PSJ-nin oyuna optimal heyətlə çıxacağı gözlənilir.
“Mançester Siti”də isə vəziyyət fərqlidir. Oskar Bobb, Con Stounz, Natan Ake və Rodri zədə səbəbindən meydana çıxmayacaq.
Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək görüşü polşalı Şimon Marçinyak idarə edəcək.