Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib
Pauerliftinq üzrə Azərbaycan çempionatı Gənclər və İdman Nazirliyi, habelə Milli Olimpiya Komitəsinin dəstəyi ilə keçirilib.
Sportline.az xəbər verir ki, yarış 44 günlük Vətən müharibəsində iştirak etmiş hərbiçilərimizə, o cümlədən, şəhid və qazilərimizə həsr olunub. “Dəmir yumruq” adı altında təşkil olunan budəfəki çempionatda 100-dən artıq idmançı müxtəlif çəki dərəcələrində qüvvəsini sınayıb.
Turnirdə paytaxtla yanaşı Sumqayıt, Naxçıvan, Gəncə , Mingəçevir və digər bölgələrədən olan iştirakçılar çıxış ediblər. Yarış 3 kateqoriya üzrə - pauerliftinq, benç-press və dead-lift üzrə keçirilib.
Yarışın yekunlarına görə müxtəlif çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib. Xüsusilə, 75 kq-da Rövşən Xəlilov dead-lift, 140 kq-da Razim Hüseynov pauerliftinq və 90 kq-da Əli Əsgərov isə benç-press növündə yüksək nəticə göstərməklə bütün rəqiblərini qabaqlayıb.