Pedro Porrro Avropa nəhənglərinin radarına düşüb

"Tottenhem"in ispaniyalı futbolçusu Pedro Porro mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti", "Barselona" və "Bavariya" Porronu transfer etmək istəyən klubların siyahısında yer alır.

25 yaşlı futbolçunun "Tottenhem"lə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, London klubunun rəhbərliyi P.Porro üçün ən azı 45 milyon avro tələb edir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 4 qol 9 məhsuldar ötürmə müəllifi olub.