Pedro "Qarabağ"dan gedəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib
"Qarabağ"da qalmaq istəyirəm. Amma, bu, məndən asılı olan məsələ deyil". SportLine.az xəbər verir ki, bu sözləri Ağdam klubunun braziliyalı hücumçusu Pedro Enrike deyib.
Qışda PAOK-a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən futbolçu, "Bu məsələni komandalar aralarında həll edəcəklər. Necə olacağını zaman göstərəcək", - deyə sözlərinə əlavə edib.
Qeyd edək ki, P.Enrike müqavilə ilə PAOK-a məxsusdur. "Qarabağ" futbolçunu mövsümün sonunadək icarəyə götürüb. Yunanıstan təmsilçisinin futbolçunu qış transfer pəncərəsində qaytarmaq istədiyi iddia olunur.