Pele 80 yaşını qeyd edir
Bu gün əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pelenin 80 yaşı tamam olur.
Sportline.az xəbər verir ki, Pele futbolçu kimi üç dəfə (1958, 1962, 1970) dünya kubokunu qazanan yeganə futbolçudur. Eyni zamanda o, 1958-ci ildə dünya çempionatının ən yaxşı gənc futbolçusu və 1970-ci ildə mundialın ən yaxşı oyunçusu seçilib.
Pele həmçinin, Qitələrarası kubokun və Libertadores kubokunun qalibi, Qitələrarası Çempionlar Supekubokunun qalibidir.
“Futbol kralı” karyerası ərzində “Santos və ”Nyu-York Kosmos” komandalarında çıxış edib. Pele Braziliya millisində 92 oyuna 77 qol vurub. O, karyerası ərzində isə ümumilikdə 1363 görüşdə 1289 qol vurub.