Pep Qvardiola: "Gecələri pis yatıram"

Pep Qvardiola maraqlı açıqlamaları ilə yadda qalıb.

Sportline.az "SkySports"a istinadən xəbər verir ki, bu gün İngiltərə Premyer Liqası çərçivəsində azarkeşlər Mançester derbisinə şahidlik edəcəklər. Oyundan əvvəl ev sahiblərinin baş məşqçisi Pep Qvardiola jurnalistlərin qabağına çıxıb:

Müxbir: "Son zamanlardakı komandanın pis forması sizi necə təsir etdi?"

Pep Qvardiola: "Daha pis yatıram və yeməkləri düzgün həzm edə bilmirəm. Həmişə yüngül yemək yeməliyəm. Gecələr yalnız şorba içirəm."