Pep Qvradiola Arda Gülər haqqında danışıb

Pep Qvradiola Arda Gülərin performansı haqqında danışıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Mançester Siti" klbunun baş məşqçisi Arda Gülərin "Real Madrid"dəki çıxışından söz açıb.

O, açıqlamasında "Arda Gülər La Liqada 30 dəqiqə ərzində 1 qol vurdu, 1 asistlə yadda qaldı və 1 penalti qazandı. Bunu qısa müddət ərzində meydana çıxan gənc bir futbolçu edə bilməz",-deyib.

Qeyd edək ki, "Mançester Siti" "Real Madrid"lə aprelin 9-da üz-üzə gələcək.