Pepe La Liqaya qayıda bilər

"Real Madrid"in keçmiş müdafiəçisi Pepe karyerasını bitirməyi düşünmür.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 41 yaşlı oyunçunun xidmətində "Selta" klubu maraqlıdır.

Azad agent statusunda olan futbolçu irəliləyən yaşına baxmayaraq yüksək səviyyədə çıxışnı davam etdirir.Pepe Avro 2024-də Portuqaliyanın heyətində 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, təcrübəli futbolçu son olaraq Portuqaliyanın "Porto" klubunda oynayıb.