Peres üçün 1000-ci oyun
La Liqanın 29-cu turunda "Eibar"la matç "Real"ın prezidenti Florentino Peresin klubda 1000-ci matçı kimi tarixə düşəcək.
Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi Peresin rəhbərliyi altında ilk oyununu 2000-ci ildə UEFA Superkubokunda "Monako"ya qarşı keçirib. Perezin prezidentliyi dövründə baş tutan 999 qarşılaşmada isə "Real" 656 dəfə qalib gəlib, 172 dəfə heç-heçə edib, 171 dəfə isə uduzub.
Qeyd edək ki, "Real" - "Eibar" matçı Bakı vaxtı ilə 18:15-də başlayacaq.