Perişiç "Barselona"ya transfer olmayacaq

İvan Perişiç PSV ilə yeni müqaviləyə çox yaxındır.

Sportline.az xəbər verir ki, xorvatiyalı cinah oyunçusu Niderlandın "PSV" klubu ilə yeni iki illik müqavilənin şərtlərini qəbul edib.

Hazırda yalnız bəzi kiçik detalların razılaşdırılması qalır və bundan sonra müqavilə rəsmiləşəcək. 

“Barselona” da Perişiçlə maraqlanıb, lakin hazırda onların əsas diqqəti Niko Uilyamsa yönəlib.