Peşəkar boksda yeni çempion müəyyənləşəcək

Bu gecə Las Veqas şəhərində peşəkar boks üzrə maraqlı döyüşlər olacaq.

Sportline.az xəbər verir ki, gecənin əsas qarşılaşmasında yüngül çəkidə mütləq dünya çempionu Devin Heyni ilə Vasili Lomaçenko münasibətləri aydınlaşdıracaq.

Boks həvəskarları həmçinin Dyunto Nakatani - Endryu Molouni, Oskar Valdes - Adam Lopes, Ceremiya Nakatila - Reymond Muratalla döyüşlərinin də şahidi olacaqlar.