PFL qış transfer pəncərisinin vaxtını açıqladı

Azərbaycanda 2017/2018-ci illər mövsümü qış transfer pəncərəsinin vaxtı məlum olub.

Peşəkar Futbol Liqasının məlumatına görə, klublar 13 yanvar – 9 fevral tarixlərində transferlər həyata keçirə bilərlər.

Qeyd edək ki, Topaz Premyer Liqasında qış fasiləsi 2018-ci ilin fevralın 10-da başa çatır.