Pikedən şok xəbər

“Barselona”nın ötən gün La Liqanın 10-cu turunda “Atletiko” ilə matçda (0:1) zədələnən futbolçusu Jerar Pikenin durumuna aydınlıq gəlib.

Sportline.az “Sport.es”ə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin əməliyyat edilməsinə ehtiyac olmasa, o, 2-4 ay müddətində yaşıl meydanlardan kənarda qalacaq.

İspaniyalı oyunçu əməliyyat olunacağı təqdirdə 6 ayadək komandasına kömək edə bilməyəcək.

Pikenin əməliyyat edilib-edilməyəcəyinə isə dəqiq tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Pike sözügedən oyunun 62-ci dəqiqəsində əvəzlənərək, meydanı göz yaşları ilə tərk etmişdi.