Pirlo: "Ronaldo ilə xüsusi münasibətim yoxdur"

"Yuventus"un baş məşqçisi Andrea Pirlo komandanın hücumçusu Kriştiano Ronaldo ilə münasibətlərindən danışıb.

Sportline.az xəbər verir ki, o, goal.com-a bununla bağlı açıqlamasında deyib: "Kriştiano ilə bütün digər oyunçular kimi davranıram. Təvazökar insanlarla yaxşı münasibət quranda asan olur. Kriştiano ilə gənc futbolçularımız olan Canluka Frabotta ya da Manolo Portanova ilə eyni davranıram. Futbolçu olduğum zaman etdiyim hər şeyi edirəm. Ronaldo ilə xüsusi bir münasibət yoxdur".

Qeyd edək ki, Ronaldo bu mövsüm 6 matçda 8 qol vurub, 1 qolun ötürməsini verib.