"Pley-in oyunları əsl döyüşə çevriləcək"
“Abşeron”a qarşı oyunlar əsl döyüşə çevriləcək".
Sportline.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Abşeron"a qarşı keçirəcəkləri qarşılaşmalar haqqında fikirlərini bölüşüb:
"Hər iki komanda bu görüşlərə pley-offa vəsiqə qazanmaq məqsədi ilə çıxır və heç bir güzəşt olmayacaq. Pley-in və pley-off matçlarının atmosferi müntəzəm mövsümdən tamamilə fərqlidir. Çünki hər kəs məsuliyyəti anlayır. Oyunların səviyyəsi artacaq və bu, seriyanı daha maraqlı edəcək".
T.Boykin rəqibin xarakterli və tam gücü ilə çıxış edən kollektiv olduğunu söyləyib:
"Abşeron" geridə olanda və ya oyun istədikləri kimi getməyəndə təslim olan komanda deyil. Biz də başa düşürük ki, artıq pley-offa vəsiqə uğrunda mübarizə aparırıq. Müntəzəm mövsümdə baş verən hər şey artıq keçmişdə qaldı. Pley-in seriyasına tam hazırıq və güclü motivasiyamız var. Kubokda qələbədən sonra daha bir titul uğrunda mübarizə aparmaq üçün alışıb-yanırıq və kollektivdə bunu etmək üçün hər şey var. Bu şansı maksimum dəyərləndirməyə hazırıq”.