Polislər Maradonanın psixiatrının evində axtarış aparır

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı istintaq işi davam edir.

Sportline.az TN telekanalına istinadən xəbər verir ki, polislər veteran hücumçunun psixiatrı olan Aqustin Kosaçovun Buenos-Ayresdəki evində və klinikasında axtarış aparır.

Son aylarda Maradona ilə işləmiş həkim mərhum oyunçunun ölüm xəbəri açıqlanarkən evində olub.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır.