Polşa və Rusiya klubları "Zirə"yə rəqib oldu
“Zirə”nin Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisinin kimliyinə aydınlıq gəlib.
SportLine.az-ın klubun rəsmi "Facebook" istinadən yaydığı xəbərə görə, komanda yanvarın 27-də Polşa Ekstraklasa təmsilçisi “Krakoviya”, 30-da isə Rusiyanın 1-ci divizion təmsilçisi “Avanqard” klubları ilə qarşılaşacaq. Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək. Bu oyun haqqında isə qarşıdakı günlərdə məlumat veriləcək.