Portuqaliyalı futbolçu "Başakşehir"də

Super Liqa klublarından "Başakşehir" portuqaliyalı futbolçu Matçoi Calonu heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Calo ötən mövsüm "Paços Ferreira"nın heyətində 34 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə çıxış edib.

Qeyd edək ki, Portuqaliya millisinin aşağı yaş kateqoriyalarında 23 oyuna çıxan gənc futbolçu bu görüşlərdə 6 dəfə fərqlənib.