Prandelli qovuldu

"Fiorentina" baş məşqçisi Çezare Prandellini istefaya göndərib.

Sportline.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Canluka Di Marzio özünün "Tvitter" hesabında yazıb. O bildirib ki, komandaya Cuzeppe Yakin rəhbərlik edəcək.

Qeyd edək ki, "Fiorentina" A seriyasının son 11 oyununda cəmi 3 qələbə qazanıb, qalan 6 matçda uduzub. Komanda ölkə çempionatında 28 turdan sonra 29 xalla 14-cü pillədə qərarlaşıb.