Premyer Liqada gərgin oyun: Qalib müəyyənləşmədi
İngiltərə Premyer Liqasında 34-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.
“Lester" doğma meydanda “Everton”la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
1 may
"Lester" – "Everton" - 2:2
Qollar: Ç.Söyüncü, 22. Vardi, 33 – Levin, 15. İvobi, 54.
Bu nəticədən sonra "Lester" 30 xalla 16-cı, "Everton" 29 xalla 19-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 76 xalla "Mançester Siti" başçılıq edir.