Premyer Liqada istefa

"Vulverhempton" baş məşqçisi Bruno Laje ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 46 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib. 

Qeyd edək ki, Laje ötən ilin yayından "Vylverhempton"u çalışdırırdı. Komanda bu mövsüm onun baş məşqçiliyi altında yerli çempionatın 8 matçında yalnız 1 qələbə qazanıb. "Canavarlar" turnir cədvəlində 6 xalla 18-cidir.