Premyer Liqada noyabr ayının ən yaxşı futbolçusu bəlli olub

"Liverpul" klubunun hücumçusu Mohamed Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib.

Sportline.az xəbər verir ki, misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.

O, Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Mohamed Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.