Premyer Liqanın rəmzi komandası

İngiltərə futbolunun canlı əfsanəsi Alan Şirer son mövsümün rəmzi komandasını açıqlayıb.

Sportline.az xəbər verir ki, "Nyukasl"ın sabiq forvardı üçün ideal heyət belədir:

Qapıçı: Cordan Pikford («Everton»).

Müdafiəçilər: Ben Uayt, Uilyam Saliba, Qabriel Maqalyans (hamısı «Arsenal»).

Yarımmüdafiəçilər: Deklan Rays («Arsenal») Rodri («Mançester Siti»), Koul Palmer («Çelsi»), Martin Edeqor («Arsenal»), Filip Foden («Mançester Siti»).

Hücumçular: Olli Uotkins («Aston Villa»), Erlinq Holand («Mançester Siti»).

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2023/2024 mövsümü "Mançester Siti"nin qələbəsi ilə başa çatıb.