“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı aprelin 29-u Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək.
Sportline.az xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.
Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək.
Qeyd edək ki, əraziyə giriş sərbəstdir.