“Prezident Kuboku-2025”in bağlanış mərasimində tamaşaçıları sürprizlər dolu axşam gözləyir

2 may 2025-ci il tarixində “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. 

Sportline.az xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında baş tutacaq bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim olunacaq.

Mükafatlandırma mərasimi başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edəcək. Müxtəlif şoular proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025” beynəlxalq reqatasına möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq