Prosineçki: "Komandadan narazı deyiləm"
Bu gün keçirilən Azərbaycan - Qazaxıstan matçından sonra millimizin baş məşqçisi Robert Prosineçki oyun haqda fikirlərini bölüşüb:
“Ümumilikdə, oyundan narazı qalmadım. Əlbəttə, səhvsiz oynamadıq. Qolu da standart vəziyyətin davamında buraxdıq. Oyundan əvvəl də dediyim kimi, bu gün daha çox sınaqdan keçirmək istədiyimiz məqamlara diqqət yetirdik. Təəssüf ki, son dəqiqələrdə çox münasib vəziyyətdə qol vura bilmədik. Konkret oyunçulr barədə danışmaq istəmirəm. Hesab edirəm ki, bacarıqlarını tam nümayiş etdirə bilmədilər. Bununla belə, komandadan narazı deyiləm”.
AFFA.az