Prosineçki: "Maraqlı oyuni zlədik"
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı və yoxlama oyunları keçirən Topaz Premyer Liqası klublarının hazırlıq prosesini yaxından izləyən Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki U-21 yığmamızın “Antalya Cup” turniri çərçivəsində Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə oyununa baxıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra millinin baş məşqçisi oyunla bağlı fikirlərini bölüşüb: “Maraqlı oyun izlədik. Komandanın çıxışından razı qaldım. Futbolçularımız yaxşı mübarizə apardılar. Sevindirici məqamlardan biri də Namiq Ələsgərovun uzun fasilədən sonra yaşıl meydanlara dönüşü və 2 qol vurmasıdır. Unutmayaq ki, rəqibimiz də güclü komandadır. Onları yaxşı tanıyıram”.