Prosineçki Ufuk Budaka dəvət göndərdi
Hazırda "Qaziantep Böyükşəhər Bələdiyyəspor"un şərəfini qoruyan Ufuk Budak yenidən milliyə çağrılıb. SportLine.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki Vyanadakı təlim məşq toplanışı çərçivəsində planlaşdırılan Andorra, Makedoniya və Kanada seçmələri ilə yoxlama görüşlərində futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi sonuncu dəfə 2014-cü ildə Berti Foqts tərəfindən milliyə dəvət olunub.