PSJ 20 milyon avroya rusiyalı qapıçı transfer edir

Rusiya millisinin qapıçısı Matvey Safonov karyerasını Fransada davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, PSJ bununla bağlı "Krasnodar"la razılığa gəlmək üzrədir.

Championat.com saytının yaydığı məlumatda parislilərin futbolçu üçün 20 milyon avro ödəməyə razı olduğu bildirilir.

Qeyd edək ki, 25 yaşlı Safonov bu mövsüm keçirdiyi 29 oyunda qapısından 27 top buraxıb.

10 qarşılaşmada isə, o, qapısını toxunulmaz saxlayıb.