PSJ "Ayntraxt"ın oyunçusu ilə maraqlanır
"Ayntraxt" Frankfurtun və Ekvador millisinin müdafiəçisi Uilyam Paço PSJ-nin radarına düşüb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 22 yaşlı futbolçunun keçidi barədə tərəflər arasında şifahi razılıq əldə edilib.
Transfer məbləği 40 milyon avro və bonuslar təşkil edəcək. Futbolçu ilə müqavilənin şəxsi şərtləri də razılaşdırılıb. Son detalları aydınlaşdırmaq qalır.
Paço 2023-cü ildən "Ayntraxt"da çıxış edir. Ötən mövüm Almaniya klubu ilə 44 oyuna çıxan 22 yaşlı futbolçu 2 məhsuldar ötürmə və 8 sarı vərəqə ilə yadda qalıb.
Qeyd edək ki, Transfermarkt portalında oyunçunun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.