PSJ-dən uğursuz statistika

PSJ son 11 ildə ilk dəfə ilk 14 turda 4 dəfə məğlub olub.

Sportline.az xəbər verir ki, Paris təmsilçisi bu uğursuz statistikaya ötən gün 14-cü turda “Lion”a 0:1 hesabı ilə uduzmaqla imza atıb. Komanda bu mövsümün startından sonra 14 matçın 4-də uduzub.

Paytaxt klubu son dəfə 2009/10-cu illər mövsümündə belə nəticə göstərib.

Qeyd edək ki, PSJ Liqa 1-in turnir cədvəlində 28 xalla 3-cü pillədə qərarlaşır.