PSJ ingiltərəli futbolçunun izinə düşüb
PSJ Markus Reşfordun "Barselona"dakı karyerasını yaxından izləyir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Fransa klubu 28 yaşlı ingilis futbolçunu potensial hücum xəttinin gücləndirilməsi variantı kimi görür.
Sözügedən oyunçu müqavilə əsasında İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur.
Qeyd edək ki, Reşford cari mövsüm meydana çıxdığı 18 matçda 6 qol, 7 asistlə yadda qalıb.