PSJ "Liverpul"u qəbul edir
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları yekun vurulur.
Sportline.az xəbər verir ki, PSJ "Park De Prens"də "Liverpul"la münasibətlərini aydınlaşdıracaq.
Paris təmsilçisində əsas itki Fabian Ruiz və Bredli Barkolanın adı ilə bağlıdır.
Mersisayd klubunda qapıçı Alisson Beker, Konor Bredli, Ciovanni Leoni, Stefan Bayçetiç, Vataru Endo zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Paris Sen-Jermen" - "Liverpul" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Oyunda söz sahibi ispaniyalı hakim Joze Maria Sançes Martinez olacaq.