PSJ-ni "Real Madrid"ə dəyişə bilər

"Paris Sen-Jermen"in portuqaliyalı futbolçusu Vitinya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid" Vitinyanı heyətinə qatmaq üçün hərəkətə keçib.

25 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Vitinya bu mövsüm meydana çıxdığı 50 matçda 7 qol 2 məhsuldar ötürmə müəllifi olub.