PSJ-nin bombardirləri: Mbappe İbrahimoviçi geridə qoyub

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe komandanın tarixində ən yaxşı bombardirlər siyahısında 2-ci pilləyə yüksəlib.

Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçu buna İspaniyada "Real Madrid"ə qarşı keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

39-cu dəqiqədə rəqib qapısına yol tapan fransalı forvard Paris təmsilçisinin heyətində vurduğu qolların sayını 157-yə çatdırıb. Bu göstərici ilə PSJ-nin sabiq futbolçusu Zlatan İbrahimoviçi (156 qol) qabaqlayan Mbappe yalnız Edinson Kavanidən (200 qol) geri qalır.

Qeyd edək ki, "Real Madrid" - PSJ matçında hazırda ikinci hissə oynanılır və hesab bərabərdir - 1:1.