PSJ-nin futbolçusu karyerasını La Liqada davam etdirə bilər

9 ildir PSJ-nin şərəfini qoruyan Layvin Kurzava karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az "Ntvspor.net"ə istinadla xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisinin keçidində “Las Palmas” klubu maraqlıdır.

Xəbərdə bildirilir ki, klub Kurzava ilə rəsmi olaraq görüşüb və oyunçuya təklifini bildirib.

Kurzava 2015-2016 mövsümündə 25 milyon avro qarşılığında “Monako”dan PSJ-yə transfer olunub.

Qeyd edək ki, fransalı müdafiəçi bu mövsüm PSJ ilə cəmi 1 oyuna çıxıb və 8 dəqiqə meydanda olub.